12.12.2019

Bir neçə məktəb direktoru və təhsil şöbələrinin müdirlərinə qarşı ciddi addımlar atılacaq

«Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur. Bu müzakirələrin içərisində şagirdlərim dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir». 

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb:

«Həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən də 10-11-ci siniflərə qəbul olan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagird və valideynlərlə bu barədə söhbətlər aparılsın».

M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyətinin zəif olduğu məktəblərdə məsuliyyətsiz yanaşan direktor və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.//Apa.az

Mənbə redaktor.az


Digər xəbərlər


DSX-dən əməliyyat - 3 kq narkotik tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mü...

Qarabağ" La Liqa-dan hücumçu aldı - RƏSMİ

«Qarabağ» La Liqa təmsilçisi «Leqanes»in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

Qarajlarda fəaliyyət göstərən "moyka"lar bağlanır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...