03.12.2019

Bu dəfə Çin Amerikaya sanksiya tətbiq etdi

Rəsmi Pekin hərbi gəmi və təyyarələrin Honkonq-a daxil olması ilə bağlı ABŞ tərəfinin sorğularına baxılmasını da dayandırıb.

Çin rəhbərliyi Birləşmiş Ştatların bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. «RİA Novosti«yə istinadən xəbər verilir ki, bunu bu gün keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.

Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, sanksiyalar NDI, HRW, «Freedom House» məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.

Bundan əlavə, rəsmi Pekin hərbi gəmi və təyyarələrin Honkonqa daxil olması ilə bağlı ABŞ tərəfinin sorğularına baxılmasını da dayandırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüquqları haqqında qanunu imzalayıb.

Daha əvvəl isə ABŞ Konqresinin hər iki palatasının bəyəndiyi qanunverici təşəbbüs Amerika administrasiyasından Çin Xalq Respublikasının bu xüsusi inzibati ərazisində vəziyyət haqqında qanunvericilər qarşısında daim hesabat verməyi tələb edir və Honkonqda insan hüquqları ilə bağlı məsuliyyət daşıyan bəzi şəxslər barəsində sanksiyaların tətbiqi imkanını nəzərdə tutur.

Çin hakimiyyəti bundan əvvəl ABŞ-a qanun layihəsinin qəbulu ilə bağlı qəti etirazını ifadə edib.

Mənbə sputnik.az


Digər xəbərlər


Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respub...

Davudoğlu yaratdığı yeni partiyasını elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.“Hurriyet”ə istinadən xəbər verilir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Pa...

Böyük Britaniyanın AB-dən çıxacağı vaxt bəlli oldu

Britaniya Avropa Birliyindən yanvarın 31-də ayrılacaq. Bunu Britaniya Baş naziri Boris Conson deyib. Qeyd edək ki, bundan öncə Breksitin oktyab...

“Erməni soyqırımı”nın qəbulu ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi. Bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul ed...