04.12.2019

Erməni mətbuatı bu dəfə türk lideri Ərdoğanı hədəfə aldı

Bu günlərdə erməni mediası Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında yeni böhtan kampaniyasına start verib.

Erməni mənbələrinə istinadən xəbər verilir ki, türk əsgərinin terrorçulardan azad etdiyi Suriya torpaqlarında PKK-nın əlindən qaçaraq Türkiyəyə sığınan suriyalı ailələrin yerləşdirilməsi, qaçqınlaırn doğma torpaqlarına qaytarılması planı düşmən mediasını hərəkətə gətirib.

Terrora qarşı mətinliklə mübarizə aparan Türkiyə və onun liderini ləkələməyə çalışan erməni mediası iddia edib ki, türk ordusu Suriyadan olan ərəb ailələrini “kürdləri qovduğu torpaqlarda” yerləşdirmək niyyətindədir. Erməni mediası iddia edir ki, Ərdoğan bununla Suriyada demoqrafiq vəziyyəti dəyişməyə, kürdləri sıxışdırmaq hesabına ərəb ailələrini Türkiyə ilə yaxın ərazilərdə məskunlaşdırmağa çalışır.

Göründüyü kimi, erməni mediası Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatı və onun mahiyyətinə kölgə salmaqla türk ordusunu kürd xalqının düşməni, ərəblərin isə dostu kimi təqdim etməyə çalışır. Halbuki, Türkiyənin hədəfinin kürd xalqı deyil, başda PKK olmaqla terror təşkilatları olduğu bəllidir. Türk və kürd xalqları tarixən hər zaman yadeilli işğalçılara qarşı birlikdə mübarizə aparıb və bu gün də terrora qarşı birgə mübarizə aparmaqdadırlar. Odur ki, erməni mətbuatının Türkiyəni kürd xalqı ilə üz-üzə qoymaq cəhdi açıq-aydın təxribatdan başqa bir şey deyil və bu, Ermənistanın türk dünyası, eləcə də kürd xalqı ilə bağlı məkirli niyyətindən xəbər verir.

Mənbə moderator.az


Digər xəbərlər


Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respub...

Davudoğlu yaratdığı yeni partiyasını elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.“Hurriyet”ə istinadən xəbər verilir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Pa...

Böyük Britaniyanın AB-dən çıxacağı vaxt bəlli oldu

Britaniya Avropa Birliyindən yanvarın 31-də ayrılacaq. Bunu Britaniya Baş naziri Boris Conson deyib. Qeyd edək ki, bundan öncə Breksitin oktyab...

“Erməni soyqırımı”nın qəbulu ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi. Bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul ed...