25.12.2019

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən «Yeni il» şənliyi keçirilib

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən «İstedArt» mədəni-xeyriyyə layihəsi çərçivəsində  «Yeni il» şənliyi təşkil olunub. 

İdarənin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında düzənlənən tədbirdə musiqili və əyləncəli şou-proqram təşkil olunub, uşaqların əl işlərindən ibarət sərgi açılıb. Proqramın sonunda uşaqlara müxtəlif yeni il hədiyyələri təqdim edilib.

Xatırladaq ki, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi «IstedArt» layihəsində müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqlar üçün sənət dərsləri keçirilir. 2018-ci ildə start verilmiş bu layihənin hazırda 4-cü mövsümü davam edir.

Mənbə report.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...