02.12.2019

İlham Əliyev: «Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq»

«Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir».

Bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəni qəbul edən zaman deyib.

«Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər», — deyə, dövlət başçısı əlavə edib.

Mənbə report.az


Digər xəbərlər


İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dö...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin...

İlham Əliyev Xocalı abidəsini ziyarət edib- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. Gulust...

Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı paylaşım

Gulustan.info məlumat verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşı...