04.12.2019

İran yenə iki nəfəri edam etməyə hazırlaşır

İranın Urmiya şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 məhbus edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Urmiyanın mərkəzi zindnında saxlanılan hər iki məhkum, dekabrın 3-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürüb. Məhkumlardan birinin adı (Əli Mahmudpur) mediaya bəlli olsa da, digər məhkumun kimliyi açıqlanmayıb.

Hər iki məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Mənbə gunaz.tv


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...