02.12.2019

İraqlı etirazçılar yenə də İranın Nəcəfdəki konsulluğunu yandırdı

İraqlı etirazçılar 1 həftə ərzində 2-ci dəfə İranın Nəcəfdə yerləşən konsulluğuna od vurublar.

Bu barədə xəbəri ilkin olaraq ötən gecə “Reuters” agentliyi hadisə şahidlərinə istinadən yayıb.

Daha sonra “Sepah” terror təşkilatına məxsus “Fars” xəbər agentliyi də iraqlı rəsmilərə istinadən məsələni təsdiqləyib və yanğınsöndürənlərin güclü alovu söndürməyə çalışdıqlarını bildirib.

Xatırladaq ki, iraqlı etirazçılar cari Nəcəfdəki konsulluğu ilk dəfə noyabrın 27-si axşam saatlarında yandırmışdılar. Həmin hadisə zamanı İraq təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 24 iraqlı həyatını itirmişdi.

Bundan öncə iraqlı etirazçılar İranın Kərbalada fəaliyyət göstərən konsulluğuna da od vurmuşdular.

Təqribən 2 aydır ki, İraqda Adil Əbdülmehdi hökumətinə qarşı xalq etirazları keçirilir. İraq xalqı nümayişlər zamanı İraqın ölkələrinə müdaxilələrinin dayandırılmasını da tələb edir və Əli Xamneyinin bu ölkənin bəzi nöqtələrində asılmış plakatlarını yandırır.

Bu günə qədər yüzlərlə insanın təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölümündən sənra Adil Əbdülmehdi nəhayət ki, noyabrın 29-da istefa verib və ötən gün Parlament onun istefasını qəbul edib.

Mənbə gunaz.tv


Digər xəbərlər


3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...

Prezident “20 Yanvar” faciəsi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar” faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi ilə bağlı sərəncam verib Prezident İlham Əliyev «...

Sulutəpə bərbad vəziyyətdədir - Uşaqlar məktəbə belə gedə bilmir (Foto)

Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. Qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinl...

İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı g...