02.12.2019

LİBRAFF-ın «kitabı bağlandı»

Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.

BakuPost xəbər verir ki, Xətai rayonunda və metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb.

Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb. Məlumata görə, yaxın vaxtlarda LİBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

Mənbə oxu.az


Digər xəbərlər


Təhdid təşkil edən bütün hədəfləri vuracaq - Türkiyədən İdlib açıqlaması

«Türkiyə İdlibdə təhdid təşkil edən bütün hədəfləri vuracaq» Gülüstan.info xəbər verir ki, bu fikiri Türkiyənin BMT-dəki Daimi Nümayəndə...

2 dairə ləğv etmədən sığortalandı - SƏBƏB

Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Gülüst...

Dəmir Yolu Stansiyasından partladıcı tapıldı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi ...

Sarkisyan məhkəmə qarşısına çıxır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana dair məhkəmə istintaqının ilk iclası fevralın 25-nə təyin olunub. Gülüstan.info xəbər verir, Ermənis...