04.12.2019

Milli Məclis artıq qanunvericilik fəaliyyətini dayandırdı

«Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq».

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq. Həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər.

Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclası da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.

Mənbə marja.az


Digər xəbərlər


Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respub...

Davudoğlu yaratdığı yeni partiyasını elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.“Hurriyet”ə istinadən xəbər verilir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Pa...

Böyük Britaniyanın AB-dən çıxacağı vaxt bəlli oldu

Britaniya Avropa Birliyindən yanvarın 31-də ayrılacaq. Bunu Britaniya Baş naziri Boris Conson deyib. Qeyd edək ki, bundan öncə Breksitin oktyab...

“Erməni soyqırımı”nın qəbulu ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi. Bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul ed...