03.12.2019

Milli Məclis iki qanunu ləğv etdi

«İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlar ləğv olunub

Azərbaycanda iki qanun ləğv edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda «İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.

Adıçəkilən qanunların ləğvi “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlıdır.

Sənəd səsə qoyularaq qəbul edilib.

Mənbə sputnik.az


Digər xəbərlər


Ərdoğandan Azərbaycan dilində bayram təbriki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci il dönümünü Azərbaycan dilində təbrik edib. Kanal8 xəbər verir, Tür...

Azərbaycanda daha 191 nəfər yoluxdu - 2 ölü

Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti...

İlham Əliyev və Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub. AZƏRTAC xəbər verir ki, Az...

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib 

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış ab...