05.12.2019

Nəcibliyi və peşəkarlığı birləşdirən dəyər: birİNCİ XANIM

Psixoanaliz elminin banisi, Avstriya psixoloqu Ziqmund Freyd deyirdi ki, uğurlu rəhbər ənənəvi qaydalardan kənara çıxmağı bacaran, vəzifənin onu yox, onun vəzifəni irəli apardığı rəhbərdir. Freydin təbirincə məhz bu xüsusiyyətlərə malik liderlər qısa müddətə cəmiyyətin sevimlisinə çevrilir və qarşılıqlı etimad mühiti yarada bilirlər.

Peşə və hobbiləri eyni olan, yəni sevdikləri işlə məşğul olan insanlar – sözün əsl mənasında xoşbəxtdirlər. Ola bilsin ki, peşə və sevimli məşğuliyyəti bir araya gətirmək üçün böyük miqdarda səy və əzmkarlıq tələb olunacaq, amma onlar bir qayda olaraq özünü doğruldur, öz qiymətini çıxarır, çünki siz məmnuniyyət əldə edir və işləmək istəyirsiniz.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görmək olur ki, birİNCİ xanım insansevərlik, mərhəmət, qarşılıqlı hörmət və MEHRİBANÇILIQ dəyərlərini bir araya gətirməyi bacaran, qayğıya ehtiyacı olan insanları qiymətləndirmək kimi nəcib xüsusiyyətləri özündə birləşdirən DƏYƏRlərə sahibdir! Heç şübhəsiz bütün bunlar təsadüfi deyil və Mehriban Əliyevanın xarakterik xüsusiyyətlərindən, humanizmi nəinki hobbisinə, həyat fəlsəfəsinə çevirməsindən xəbər verir.

Birinci vitse-prezidentin xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus rolu olan xalq artisti Əlibaba Məmmədovu evində ziyarət etməsi bunun əyani təzahürüdür.

Bu məqamda haşiyəyə çıxaraq qeyd edək ki, muğamın inkişafından danışarkən Mehriban Əliyeva isminin üzərindən sükutla keçmək olmur. Təsadüfi deyil ki, Mehriban xanımın bilavasitə dəstəyi ilə Azərbaycan muğamının inkişafı, beynəlxalq müstəvidə tanınması istiqamətində çox ciddi addımlar atılıb, bu sənətin ustadlarına və bu sənəti yaşadanlara böyük dəstək göstərilib. YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən muğamın “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edilməsi, Beynəlxalq Muğam Festivalının təşkili, Beynəlxalq Muğam Mərkəzinin yaradıllması, korifey sənətkarların əsərlərinin toplum halında hazırlanması və digər nümunələr bu xüsusda yer alır.

Birinci vitse-prezidentin evinə gözlənilməz gəlişindən həyəcanlanan ustad sənətkar Əlibaba Məmmədovun “Nə xoşbəxtçilik. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib” fikirlərinə Mehriban xanımın “Mənim üçün belə sözləri sizin kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğuları hiss etmək çox xoşdur, Əlibaba müəllim” şəklində qarşılıq verməsi yalnız böyük mədəniyyətdən, kübarlıqdan, elitarlıqdan xəbər verir.

Səmimi ortamda baş tutan ziyarət zamanı Birinci vitse-prezident açıq şəkildə mesaj verdi ki, muğam sənətinin inkişafı istiqamətində qarşıda daha ciddi addımlar atılacaq və mədəni irsimizin qorunması işinə bundan sonra da öz tövhəsini verəcək.

Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü, onlara şəxsən zəng edib maraqlanması, onların  qayğısına şəxsən qalması ənənəsi bu gün Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir. Bütün bunlar ölkəmizin uğurlu və xoşbəxt gələcəyindən xəbər verir, Azərbaycanımızın inkişafı üçün çalışan insanları ruhlandırır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mütərəqqi addımları ilə həm də ortaya gözəl örnək qoyurlar və dövlətin idarə olunmasında iştirak edən məmurlara açıq mesaj verirlər. Bu mesajın mahiyyətində isə vətəndaşlara qayğı, onlara dəstək, xalqını və dövlətini sevmək, sevənləri qorumaq, onlara sahib çıxmaq, milli mənəvi dəyərlərə sədaqət dayanır!

Müəllif Azər Niftiyev


Digər xəbərlər


DSX-dən əməliyyat - 3 kq narkotik tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mü...

Qarabağ" La Liqa-dan hücumçu aldı - RƏSMİ

«Qarabağ» La Liqa təmsilçisi «Leqanes»in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

BŞİH ilə BŞBPİ avtoyuyucu məntəqələrini bağlayır - Ciddi narazılıq var

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...