26.12.2019

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” ədəbi-bədii kompozisiya keçirilib (FOTO)

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 25 dekabr 2019-cu il tarixində Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” ədəbi-bədii kompozisiya keçirilib.

Trend-in məlumatına görə, dəvət olunmuş qonaqlar arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin müavini İdris İsayev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, Xəzər rayonunun millət vəkili Rauf Əliyev, Sabunçu rayonunun millət vəkili Dilarə Cəbrayılova, Xəzər rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Qobustan Milli Tarixi-bədii Qoruğunun direktoru Vüqar İsayev, Peşə Təhsil Mərkəzlərinin direktorları və incəsənət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Zərgər, Kostyum ustası və dərzi, İnteryer və eksteryerin bədii tərtibatçısı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra ədəbi-bədii kompozisiyada tələbələrin ifasında ilk insan yaranışı — İmadədin Nəsiminin qəzəllərində təcəssüm olunmuş ilahi yaranış, od, su, torpaq fəlsəfəsinin səhnə həlli nümayiş olundu.

Qeyd edək ki, kompozisiyanın senarisi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Həmid Kazımzadəyə, rejissor işi Elşad Rəhimzadəyə, qrim, kostyum, dekorasiya və səs operatoru işləri isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlim ustaları və tələbələrinə aiddir.

Mənbə trend.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...