04.12.2019

Nazirdən həyəcan çağırışı: Su ehtiyatımız azalır

Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində su çatışmazlığı müşahidə olunur.

Bunu Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi kontekstində dayanıqlı antropogen risklər var.

“Əminəm ki, bu tərəfdaşlıq ətraf mühitin qorunmasına da təsirsiz ötüşməyəcək. Biz anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Artıq bu səpkidə ölkəmizdə bir sıra çətinliklər müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. Ölkəmizdə olan çayların 70%-i su mənbəyi hesab olunur. İqlim dəyişikliyinə əsasən, su resurslarımız 15% azalıb və 2050-ci ilə kimi hələ 15% də azalması proqnozlaşdırılır. Hazırda Xəzər dənizində və çaylarda su səviyyəsinin azalması müşahidə olunur. Bir sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Kənd təsərrüfatı nazirliyi ilə birgə fermerlərə dəstək üçün “Kənddən Şəhərə” layihəsinin icrasına başlanılıb, arıçılığın inkişafı üçün nektar ağacları əkilib, bundan başqa, mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilir. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik”, — nazir qeyd edib. (report.az)

Mənbə axar.az


Digər xəbərlər


3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...

Prezident “20 Yanvar” faciəsi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar” faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi ilə bağlı sərəncam verib Prezident İlham Əliyev «...

Sulutəpə bərbad vəziyyətdədir - Uşaqlar məktəbə belə gedə bilmir (Foto)

Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. Qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinl...

İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı g...