04.12.2019

Nazirlər toplaşdı — Yeni mərkəz yaradılır

«2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd.  ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunun üçün böyük imkanlar var» — İnam Kərimov

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir.

İclasda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək bildirib ki, Azərbaycan ilə İƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çoxdur. Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platforması hesab edir. İƏT ölkələri Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq yaradıb.

Azərbaycanlı nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi İƏT-ə üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb:

“Mərkəzin fəaliyyəti ilə bağlı sənədin layihəsi artıq yerli qurumlar və üzv ölkələrlə razılaşdırılıb. Əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində İƏT-ə üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır”.

Nazir bildirib ki, üzv ölkələr ticarət dövriyyəsini artırmalıdır: “2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd.  ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunun üçün böyük imkanlar var”.

O qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər aparılır: “Bu ilin 9 ayı ərzində aqrar sektorun inkişafı 7% təşkil edib. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, son 15 ildə ölkə iqtisadiyyatı 3 dəfə artıb”.

Mənbə sputnik.az


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...