03.12.2019

Növbəti 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.


Nazirlikdən bildirilib ki, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.


Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 791 şəhidin 17 558 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.


Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96,1 faiz icra olunub.

Mənbə modern.az


Digər xəbərlər


3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...

Prezident “20 Yanvar” faciəsi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar” faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi ilə bağlı sərəncam verib Prezident İlham Əliyev «...

Sulutəpə bərbad vəziyyətdədir - Uşaqlar məktəbə belə gedə bilmir (Foto)

Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. Qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinl...

İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı g...