04.12.2019

Orta məktəblərdə şagirdlərə süd paylandı — Foto

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub.

Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılmış və həmin işçi qrup tərəfindən “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanmışdır. Layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlər nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 305 nömrəli məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər nəzərdə tutulmuşdur.

Şagirdlərə Azərbaycan Respublikasında qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi nəzərədə tutulmuşdur.

Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanmış və doldurulması məqsədilə valideynlərə təqdim edilmişdir. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılmışdır.

Mənbə modern.az


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...