28.12.2019

Şərəfsiz ermənilər Azərbaycanlıların Soyqırımı günü Qarabağda “prezident seçki”ləri keçirəcək…

Bu həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı mənəvi-ruhi, iqtisadi-sosial soyqırımları davam etdirən ermənipərəst şəbəkənin əməllərinin nəticəsidir…

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim 2020-ci ilə nəzərdə tutulmuş növbəti qanunsuz “ prezident” “seçki”lərini martın 31-də keçirməyi planlaşdırır.
Bu barədə Ermənistanın “Verelq” nəşrinə  Azərbaycan torpağında “prezident”liyə namizədliyini irəli sürmüş ermənilərdən biri deyib…   

P.S. Unutqanlara bur daha xatırladaq ki, 1998-ci ildən bəri, yəni  21-ci ildir ki, 31 Mart tarixi Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. 1918-ci ilin həmin günündən başlayaraq erməni  daşnak və bolşevik birləşmələri  Bakı , Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, eləcə də Güney Azərbaycan ərazilərində, bəzi mənbələrə görə, 400 minə yaxın soydaşımızı amansızlıqla qətlə yetirib, on minlərlə müsəlman türkü, kürdü, talışı, ləzgini, avarı və s. yurd-yuvalarından didərgin salıblar… Və 31 Mart yalnız 1918-ci ildə deyil, ondan öncə 1905-1907-ci illərdə və sonra sovet hakimiyyəti illərində imperiya və daşnak erməni rejimləri tərəfindən Azərbaycan xalqına qarşı aparılmış soyqırımı, repressiya, sürgün,  deportasiya və s. zülmlərin ümumi rəmzidir…Çox güman ki, ermənilər Azərbaycan xalqını növbəti dəfə aşağılamaq üçün qondarma “seçki”lərini məhz 31 marta  təyin ediblər…P.P.S. Bu kimi olaylar həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı  açıq-gizli şəkildə mənəvi-ruhi, siyasi-ideoloji, fizioloji, iqtisadi-sosial soyqırımlarını davam etdirən düşmən, ermənipərəst şəbəkənin əməllərinin nəticəsidir…

Mənbə moderator.az


Digər xəbərlər


Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gulustan.inf...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növünd...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə istinadən xəbərə veri...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mə...