03.12.2019

Sahibkarlarla bağlı yenilik: «Verginin bir hissəsini tibbi sığorta fonduna köçürəcəklər»

«Aksizlərin artımı ilə bağlı dəyişikliklərin məqsədlərindən biri də icbari tibbi sığortanın maliyyə mənbəyinin təmin olunmasıdır».

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

«Dünya təcrübəsində də aksizin bir hissəsi sağlamlığın qorunmasına yönəldilir. Aksizin qanunla müəyyənləşdirilmiş hissəsi sahibkarlar tərəfindən tibbi sığorta fonduna köçürüləcək», — deyə S. Musayeva qeyd edib.

O həmçinin bildirib ki, pivəyə tətbiq edilən aksiz dərəcəsinin artımı istehsalçıların istehsal həcminə və istehlakçıların alıcılıq qabiliyyətinə təsir etməyəcək. O qeyd edib ki, həmçinin yerli istehsalçıların hüquqlarının qorunması üçün idxalda da aksizə dəyişikliklər nəzərdə tutulub. /APA

Mənbə ekonews.az


Digər xəbərlər


ABŞ ilə Çin Apple məhsullarının qiymətlərini qaldırmayacaq

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə d...

Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...