30.12.2019

“Sobsan boyaları” cərimələnib

Bakı Apellyasiya Məhkəməsində «Rəmzi-S» MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan Allahverdiyevin şikayətinə baxılıb.

Hakim Habil Məmmədovun sədrliyində olan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və şirkətin 3 min 659 manat 88 qəpik cərimə edilməsi barədə qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Rəmzi-S” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Rəmzi-S” MMC 1999-cu ildə SOBSAN ticarət markası ilə faəliyyətə başlayıb.

MMC «DuPont» və «Troy Corporation» kimi şirkətlərin bölgə distributorudur. 

Mənbə report.az


Digər xəbərlər


Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gulustan.inf...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növünd...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə istinadən xəbərə veri...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mə...