04.12.2019

Suriyaya qarşı hücumlar dayandırılır — RAZILIQ

“İdlib də daxil olmaqla Suriya vətəndaşlarına təhlükə yaradacaq hücumların dayandırılması mövzusunda razılıq əldə olundu”.

APA-ya istinadən  xəbər verilir ki, bunu Almaniya və Fransa liderləri Suriya mövzusunda Londonda keçirilən Zirvə görüşündən sonra mətbuata açıqlamalarında bildiriblər.

Zirvədə əsas gündəmin Suriyadakı vəziyyətin müzakirə edilməsi olduğunu deyən Angela Merkel bildirib ki, İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi və başa çatdırılması ilə bağlı 4 ölkə lideri həmfikir olduqlarını vurğulayıb: “Bu məsələlərin icra mexanizmi və s. barədə  danışıqlarımız davam edəcək”.

Merkelin sözlərinə görə,  BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen siyasi mərhələ üçün fəaliyyətləri aktiv şəkildə dəstəkləyəcəklərini bildirib.

Suriyalı didərginlərin Türkiyənin və Rusiyanın nəzarətində olan təhlükəsiz bölgəyə qaytarılması məsələsinin yalnız BMT-nin iştirakı ilə mümkün olacağını deyən Almaniya Kansleri bu proseslə bağlı da danışıqların davam edəcəyini vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Suriya mövzusunda bütün qeyri-müəyyənliklər hələ aradan qaldırılmayıb: “İŞİD və terror ilə mücadilə məsələsində bir iradənin ortaya qoyulması çox önəmlidir”. Makron qaçqınlar mövzusunda əməkdaşlığın davam etməsinin lazım olduğunu da deyib. O, Suriya böhranının başa çatması üçün fəaliyyətlərin davam etməsi məsələsində liderlərin ortaq fikirdə olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 3-də Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Görüşdən sonra İngiltərə kraliçası II Yelizaveta görüşdə iştirak edən NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib. Toplantı sabah davam edəcək.

Mənbə modern.az


Digər xəbərlər


Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respub...

Davudoğlu yaratdığı yeni partiyasını elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.“Hurriyet”ə istinadən xəbər verilir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Pa...

Böyük Britaniyanın AB-dən çıxacağı vaxt bəlli oldu

Britaniya Avropa Birliyindən yanvarın 31-də ayrılacaq. Bunu Britaniya Baş naziri Boris Conson deyib. Qeyd edək ki, bundan öncə Breksitin oktyab...

“Erməni soyqırımı”nın qəbulu ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi. Bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul ed...