09.12.2019

Təhsil naziri ali və orta ixtisaslı məktəblərlə bağlı ƏMR İMZALADI

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri  imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Əmr imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi daşıyır.

Mənbə redaktor.az


Digər xəbərlər


DSX-dən əməliyyat - 3 kq narkotik tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mü...

Qarabağ" La Liqa-dan hücumçu aldı - RƏSMİ

«Qarabağ» La Liqa təmsilçisi «Leqanes»in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

BŞİH ilə BŞBPİ avtoyuyucu məntəqələrini bağlayır - Ciddi narazılıq var

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...