27.12.2019

Xalq artisti, xanəndə Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd edilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsi xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti, xidmətləri olan ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Tədbir Azərbaycan Prezidentinin Əlibaba Məmmədovun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunub.

Konsertdən əvvəl musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti olan Əlibaba Məmmədovun uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrətdiyini söyləyib.

Konsertdə şagirdlər Azərbaycan bəstəkarlarının əsərləri və ustad xanəndənin repertuarındakı muğam və bəstələri ifa ediblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Bülbül adına Orta İxtisas Musiqi məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər keçirir. Birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.

Mənbə trend.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...