03.12.2019

Xaricdə yaşayan azərbaycanlılara “Soydaş vəsiqəsi” veriləcək — YENİLİK

“Azərbaycan diasporu çox sağlam təməllər üzərində qurulub. «Diaspor fəaliyyətində xidmətə görə» medalının təsis edilməsini üçüncü oxunuşda nəzərdən keçirdik. Məhz V çağırış olan Milli Məclisdə belə bir qanun layihəsinin qəbul edilməsindən məmnunluq hissi keçirirəm”.

Bunu parlamentin iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Komitə sədri qeyd edib ki, diaspor sahəsi ilə sistemli iş dövlət və dövlət quruculuğunun xüsusi əhəmiyyət kəsb edən sahələrindəndir:

“Xaricdə yaşayan soydaşlarımızın sayı respublikada ömür sürənlərin sayından bir neçə dəfə çoxdur. Başqa dünya xalqları bu yolda fəaliyyətə 100 il əvvəl başlasalar da, diaspor bizim üçün yeni sahədir. Ona görə də bu zaman içərisində daha çox işlər görməliyik”.

Rafael Hüseynov diaspor sahəsində hazırda görülən işləri yüksək qiymətləndirdiyini də bildirib:

“İstər belə bir medalın təsis edilməsi, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsinin son dövlərdə gördüyü işləri və fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki bu fəaliyyətdə ilk növbədə təşkilatlanmanın daha sistemli şəkildə aparılmasına əmək sərf edilib. Təsəvvür edin, yalnız son bir ildə komitə xaricdə yaşayan 11 mindən artıq soydaşımızla əlaqə imkanları qurub. İnternet televiziyası yaradıb. Xaricdə görüşlər sistemli xarakter alıb. İllərdən bəri davam edən problemlərin ağrılı həllinə çalışıb”.

Komitə sədri “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsinin hazırlanmasından da söz açıb:

“Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz həmin sənəd olacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyirlər. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.

Mənbə modern.az


Digər xəbərlər


Azərbaycanda yeni metro stansiyası açılır - Vaxt bəlli oldu

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açıl...

Kürdəmir bələdiyyə sədrinin oğullarından vəhşilik - Həmkəndlilərini bıçaqladılar

Video əlavə olunub ***04:17 Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib. Hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkənd...

Türkiyəyə aid donanma İsrail gəmisini qovdu

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin “Bat Qalim” adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfind...

3-cü mkr bazarı yanır - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib. «Qafqazinfo» FHN-ə istinadən xəbər verir...