04.12.2019

Xiaomi şirkəti bu smartfon seriyasının satışını tamamilə dayandırdı

Hələ bu ilin yay fəslində Xiaomi şirkəti bildirmişdi ki, Mi Max smartfon seriyasında yeni modellər satışa çıxmayacaq. Bu bəyanat ən azından bu il üçün dəqiq idi. Lakin daha sonra Xiaomi şirkətinin vitse-prezidenti və Redmi brendinin rəhbəri vəzifəsində çalışan Lu Weibing bildirmişdi ki, Mi Max seriyasının yeni modelləri ilə Redmi brendi məşğul ola bilıər. Lakin indi o bu məsələ ilə bağlı dəqiq məlumat verib.

Bu barədə IThome saytı xəbər verib. Beləliklə Çinin Weibo sosial şəbəkəsində istifadəçilərin suallarına cavab verən zaman Lu Weibing bildirib ki, şirkət Mi Max seriyasında daha heç bir smartfon istehsal etməyəcək. Səbəb isə çox sadədir. Belə ki, Mi Max seriyası ilk əvvəldən böyük ekrana və böyük batareya həcminə sahib smartfonlar üçün nəzərdə tutulmuşdu.

Lakin bu cür özəlliklərə sahib smartfonlar şirkətin digər smartfon seriyalarında da var. Məsələn 6.47 düym ekrana və 5260 mAh enerji tutumlu batareyaya sahib Mi Note 10 və ya 6.53 düym ekrana və 4500 mAh enerji tutumlu batareyaya sahib Redmi Note 8 Pro. Buna görə də böyük ekrana və böyük batareya həcminə sahib ayrıca smartfonu istehsal etməyin mənası yoxdur.

Mənbə technote.az


Digər xəbərlər


ABŞ ilə Çin Apple məhsullarının qiymətlərini qaldırmayacaq

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə d...

Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür

Microsoft şirkəti Your Phone (Telefonunuz) tətbiqi ilə Windows 10 üzərindən Android cihazları idarə etməyi mümkün ...

Bu mallar da idxal gömrük rüsumundan azad edildi

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələri 15 faiz idxal gömrük rüsumundan azad edilib. N...

Funt-seterlinq yenə də bahalaşdı

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib. Xəbər ve...