Bakı 26 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

15.01.2020

Bina tikmək istəyənlərlə bağlı qaydalar sərtləşdi

Məlum 86 saylı qərardan sonra ölkədə sözün əsl mənasında söküntü bumu başladı. Yeni binalar tikildi. Təəssüf ki, əksər hallarda vətəndaşların hüquqları ilə yanaşı, şəhərsalma qaydaları, normativləri də pozuldu

«Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır».

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

O qeyd edib ki, bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir: «Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq».

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu günə qədər şəhərsalma qaydaları kobud şəkildə pozulub.

Bunun fəsadları isə göz qabağındadır.

«Paytaxtda avtomobil sıxlığının artmasının da əsas səbəblərindən başlıcasını həmin normativlərin pozulması ilə əlaqələndirmək olar. Yol kənarında tikilən binaların böyük əksəriyyəti, demək olar ki, düz səkilərin kənarında tikilib. Və böyük əksəriyyətinin altında ticarət obyektləri fəaliyyət göstərir. Həmin ticarət obyektlərindən istifadə edənlərin avtomobilləri də tıxacların yaranmasına səbəb olur», — deyə o qeyd edib.

E.Fərzəliyev əlavə edib ki, normativdə isə tikinti sahələrinin mərkəz yoldan nə qədər məsafədə aralı olması barədə qeyd olunub. Həmçinin yaşıllıq ərazilərinin və kecmişdə digər sahələr üzrə fəaliyyət göstərmiş obyektlərin sökülərək çoxmərtəbəli binalarla əvəz olunması normativlərin kobud şəkildə pozulmasının nümunəsidir.

«Sadalamaqla bitməyən bu cür problemlərin bu gün aradan qaldırılması ya mümkünsüz ola bilər və ya dövlət büdcəsinə milyonlarla manat hesabına başa gələ bilər. Ən azından, bundan sonra bu cür halların qarşısının alınması belə təqdirəlayiqdir. Bu baxımdan tikiləcək yeni binaların sırf şəhərsalma normativlərinə uygun olaraq tikiləcəyi sevindirici bir haldır», — ekspert vurğulayıb.

E.Fərzəliyevin fikrincə, son illər ərzində bir çox ərazilərdə həyət evləri sökülərək yeni binalarla əvəz edilib: «Tikinti şirkətləri özlərinə lazım olan sahələri aldıqdan sonra ətrafda çox sayda qəzalı həyət evləri qalıb. Bu evlər heç bir tikinti şirkəti tərəfindən sökülməyəcək. Bu işi də dövlət qurumları həyata keçirməli olacaq», — deyən ekspert gələcəkdə söküntü işlərinin aparılması ilə xüsusi bir dövlət qurumunun məşğul olmasını təklif edir.

O bildirir ki, bu günə qədər müxtəlif qurumlar vətəndaşlara sənəd verib, yüz minlərlə sənədsiz ev tikilib. Hazırda o evlərin çox hissəsi, ətrafından kommunal xətlər keçən, neft şirkətinin ərazisində olan evlər sənədləşdirilməyəcək.

E.Fərzəliyev vurğulayıb ki, hazırda çıxarış ala bilməyən və qazlaşdırılmasına icazə verilməyən çox sayda bina var. Aidiyyəti qurumlar isə həmin binaların sənədlərində olan və inşası zamanı baş vermiş nöqsanları əsas gətirərək, sənədləşdirməkdə çətinlik çəkir: «Maraqlı olan isə odur ki, bir bina inşa olunan zaman xeyli dövlət qurumlarından icazələr və sərəncamlar toplanılır. Bina inşa edilir, tamamlanır. Hətta sakinlərin də illərlə yaşamasına baxmayaraq, belə binalar qazlaşdırılmır və onlara çıxarış verilmir».

Xatırladaq ki, 2016-cı ildə Nazirlər Kabineti Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 86 saylı qərar verdi.

Qərara əsasən, müvafiq icra hakimiyyətləri 5 il müddətində qərardan irəli gələn bir sıra məsələləri həyata keçirməli idi.

Bu qərardan sonra ölkədə sözün əsl mənasında söküntü bumu başladı. Çox sayda binalar, həyət evləri söküldü. Yeni binalar tikildi. Və çox təəssüf ki, əksər hallarda vətəndaşların hüquqları ilə yanaşı, şəhərsalma qaydaları, normativləri də pozuldu.

Və artıq bu mümkün olmayacaq. Bundan sonra İcra Hakimiyyətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan daşı-daş üstə qoya bilməyəcək…

Mənbə sputnik.az


Digər xəbərlər


ÜST “peyvənd millətçiliyi”ndən çəkinməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət e...

Koronavirusa yoluxan mer ölüb

İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib. . “TASS” xəbər verir ki, bu...

Ərdoğandan Yunanıstana mesaj - "Hücum etsəniz, cavabını alacaqsınız"

Şərqi Aralıq dənizində Yunanıstanın atdığı addımlardan sonra Türkiyə Prezidenti rəsmi Afinanı hədələyib. Gulustan.info xəbər v...

Dondurulmuş qidalarda Covid-19 aşkarlanıb

Braziliyadan Çinə gətirilən dondurulmuş toyuq qanadlarında Covid-19 aşkar edilib. Gulustan.info xəbər verir ki, bunu Çin rəsmi...

Ədliyyə Nazirliyi: "100 məhkum cəzadan tamamilə azad edilib"

Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xid...

Türkiyədə terror törətmək istəyən kamikadze "İŞİD" üzvü tutulub

Türkiyənin Bursa şəhərində kamikadze hücum törətməyə hazırlaşan «İŞİD» terroristi həbs edilib. Onun iyul və avqust a...

Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq

Türkiyədə ali məktəblərin açılması oktyabrın 1-dən sonraya planlaşdırılır. Bu barədə Türkiyə Ali Təhsil Şurasının rəhbəri Yekt...

Türkiyə səfirinin XİN-ə çağırılmasına görə İraqa xəbərdarlıq edib

Türkiyə Bağdaddakı səfirinin İraqın Xarici İşlər Nazirliyinə çağırılmasına görə bu ölkəyə xəbərdarlıq edib. Türkiyə XİN-in məs...