Bakı 27 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

15.01.2020

Xəzər dənizi dəmir yolu vasitəsilə İran körfəzinə birləşdiriləcək

İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli «Tasnim» informasiya agentliyinə açıqlamasında deyib.

O bildirib ki, bu dəmiryolu Fars körfəzindən başlayır və Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək.

Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmiryolunda inşa olunmayan hissə Rəşt-Astara dəmiryoludur.

“Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmiryolu inşa ediləcək” – deyə o qeyd edib.

Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir.

Rəsuli deyib ki, dəmiryolunun inşa olunacağı ərazinin bir hissəsinin mülkiyyəti ilə bağlı işlər yekunlaşıb və layihəyə yaxın vaxtlarda başlanacaq.

“Bu istiqamətdə olan terminalın bir hissəsindən istifadə edilir və bir ölkənin investisiyası ilə terminal inkişaf etdirilməkdədir”, – deyə o qeyd edib.

Şirkət rəsmisi vurğulayıb ki, Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsi qərara alınıb. (Trend.az)

Mənbə redaktor.az


Digər xəbərlər


Paytaxtda dezinfeksiya işləri aparılacaq

Bakıda növbəti dezinfeksiya işləri görüləcək. Gulustan.info xəbər verir ki, sabah, avqust ayının 15-i səhər saatlarından etiba...

Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi ma...

Müəllimlərin işə qəbulu üzrə imtahanı başlayıb

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır. Gulustan.info xəbər verir ki, bu mərhələdə 46 228 nam...

Fələstin BƏƏ-dəki səfirini geri çağırır

Fələstin İsrail ilə münasibətləri normallaşdırmaq qərarından sonra BƏƏ-dən səfirinin geri çağırıldığını elan etdi. Bunu Fələst...

ÜST “peyvənd millətçiliyi”ndən çəkinməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət e...

Koronavirusa yoluxan mer ölüb

İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib. . “TASS” xəbər verir ki, bu...

Ərdoğandan Yunanıstana mesaj - "Hücum etsəniz, cavabını alacaqsınız"

Şərqi Aralıq dənizində Yunanıstanın atdığı addımlardan sonra Türkiyə Prezidenti rəsmi Afinanı hədələyib. Gulustan.info xəbər v...

Dondurulmuş qidalarda Covid-19 aşkarlanıb

Braziliyadan Çinə gətirilən dondurulmuş toyuq qanadlarında Covid-19 aşkar edilib. Gulustan.info xəbər verir ki, bunu Çin rəsmi...