Bakı 26 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

16.01.2020

12 tondan çox saxta kərə yağı aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Gülüstan.info AQTA-nın rəsmi saytına istinadən məlumat verir ki, agentliyin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.

“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim Market» şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılmışdır.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


Digər xəbərlər


ÜST “peyvənd millətçiliyi”ndən çəkinməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət e...

Koronavirusa yoluxan mer ölüb

İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib. . “TASS” xəbər verir ki, bu...

Ərdoğandan Yunanıstana mesaj - "Hücum etsəniz, cavabını alacaqsınız"

Şərqi Aralıq dənizində Yunanıstanın atdığı addımlardan sonra Türkiyə Prezidenti rəsmi Afinanı hədələyib. Gulustan.info xəbər v...

Dondurulmuş qidalarda Covid-19 aşkarlanıb

Braziliyadan Çinə gətirilən dondurulmuş toyuq qanadlarında Covid-19 aşkar edilib. Gulustan.info xəbər verir ki, bunu Çin rəsmi...

Ədliyyə Nazirliyi: "100 məhkum cəzadan tamamilə azad edilib"

Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xid...

Türkiyədə terror törətmək istəyən kamikadze "İŞİD" üzvü tutulub

Türkiyənin Bursa şəhərində kamikadze hücum törətməyə hazırlaşan «İŞİD» terroristi həbs edilib. Onun iyul və avqust a...

Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq

Türkiyədə ali məktəblərin açılması oktyabrın 1-dən sonraya planlaşdırılır. Bu barədə Türkiyə Ali Təhsil Şurasının rəhbəri Yekt...

Türkiyə səfirinin XİN-ə çağırılmasına görə İraqa xəbərdarlıq edib

Türkiyə Bağdaddakı səfirinin İraqın Xarici İşlər Nazirliyinə çağırılmasına görə bu ölkəyə xəbərdarlıq edib. Türkiyə XİN-in məs...