Bakı 26 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

16.01.2020

Rusiyada dövlət idarəetmə sistemi dəyişir: Hökumət istefa verdi

Rusiya Prezidenti Vladimir Putin dünən 16-cı dəfə Federal Məclisə illik müraciətini edib. Müraciətdə ən maraqlı məqam ölkə Konstitusiyasına dəyişikliklər təklifi olub.

Gülüstan.info xəbər verir ki, prezidentin təklif etdiyi dəyişikliklərə əsasən, Dövlət Şurasının status və rolu artırılmalı, bir şəxsin iki müddətdən artıq prezident olması imkanı məhdudlaşdırılmalıdır. Rusiya prezidentliyinə namizəd olan şəxs Rusiya ərazisində azı 25 il yaşamalı və heç vaxt xarici vətəndaşlığı, yaxud da xarici ölkədə yaşayış üçün icazəsi olmamalıdır. Hökumət başçısı, onun müavinləri və nazirlərin təsdiqi Dövlət Dumasına həvalə edilməlidir. Prezidentin onların namizədliyini geri qaytarmaq hüququ olmamalıdır. Güc strukturları rəhbərlərinin və regional prokurorların təyinatı zamanı isə prezident Federasiya Şurası ilə məsləhətləşməlidir. Konstitusiya Məhkəməsinin imkanları artırılmalı, prezident qanun layihələrini imzalayana qədər Konstitusiya məhkəməsinə onların Konstitusiyaya müvafiq olub-olmadığını yoxlamaq imkanı verilməlidir. Prezident yalnız Federasiya Şurasının razılığı ilə Ali və Konstitusiya Məhkəmələrinin hakimlərini vəzifədən azad etmək hüququna malik olmalıdır.

V. Putin təklif etdiyi Konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsinin keçirilməsini təklif edib.

Prezidentin çıxışından sonra Rusiya hökuməti istefa verib. V.Putinin fərmanına əsasən, Baş Nazir səlahiyyətlərinin müvəqqəti icrası Dmitri Medvedevə tapşırılıb. Prezident həmçinin, Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.


Digər xəbərlər


BƏƏ-də İsrailin səfirliyi açılacaq

Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail münasibətlərini tamamilə normallaşdırmaqla bağlı razılığa gəlib. Bu barədə Amerika Birlə...

Ərdoğanla Merkel Şərqi Aralıq dənizində baş verən gərginliyi müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın Baş naziri Angela Merkel Şərqi Aralıq dənizində artan gərginliyi müzakirə ...

Ceyhun Bayramov Gürcüstan səfirini qəbul edib

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycan Respublikası...

İranla enerji əməkdaşlığının perspektivləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib. Nazirlikdə...

İlham Əliyev Putinə zəng edib - Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olmasını aydınlaşdırmaq üçün

Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olmasını aydınlaşdırmaq üçün Avqustun 12-də Azərbaycan ...

Sahil Babayev səfirlə onlayn danışıqlar apardı

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin inkişafı əmək, məşğulluq və sosial müdafiə sahəs...

Tramp rəqibi haqqında - "Əgər qalib gəlsə, ABŞ xalqı Çin dilini öyrənməyə məcbur olacaq"

«Əgər Co Bayden seçkilərdə qalib gələrsə, ABŞ xalqı Çin dilini öyrənməli olacaq». Gulustan.info xəbər verir ki, bu f...

İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalay...