14.01.2020

“Qarabağ” klubunun qapıçısı “Milan”a transfer olundu

Ağdamın “Qarabağ” klubunda icarə əsasında çıxış edən qapıçı — Asmir Beqoviç İtaliyanın “Milan” klubuna transfer olunub.

“Milan” klubun rəsmi saytına istinadla xəbər verilir ki, 32 yaşlı Bosniya və herseqovinalı qapıçı “Milan” klubunda cari mövsümün sonuna kimi çıxış edəcək.

Asmir “Qarabağ”da mövsümün ilk yarısında forma geyinib. Onun “Bornmut”la müqaviləsi 2021-ci ilin iyun ayınadəkdir.

Beqoviçin yanvarın 15-də İtaliya kubokunda SPAL klubuna qarşı keçirəcəyi oyunda debütü gözlənilir.

Qeyd edək ki, A.Beqoviç “Çelsi” və “Bornmunt”, “Stok Siti” və bir neçə tanınmış klubların formasını geyinib.

Mənbə azertag.az


Digər xəbərlər


Koronavirus yayılmaqda davam edir - 16 şəhər bağlı elan edilib

Koronavirusa yoluxanların sayı durmadan artır. Gülüstan.info xəbər verir ki, koronavirusa yoluxanların sayı 2.000-ə, ölənlərin sayı isə 56 nəfərə ...

Türkiyədə ölənlərin sayı artmaqda davam edir

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə, yaralıların sayı isə 1607-ə yüksəlib. Xilasedicilər dağıntılar altından 45 nəfəri xilas edibl...

Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb. Əvvəlki illərə təsadüf edən keçidlər hesablanarkən bu müddətdəki inflyasiya da nəzə...

Prezident məmurların fırıldaqlarından danışdı

«Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan deyərlər hər şey əladır, hər şey mükəmməldir, heç bir ...