05.01.2020

ABŞ-da da vəziyyət qarışdı — Yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib — VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib.

Bu barədə TASS-a istinadən xəbər verilir.

ABŞ-ın 10-dan çox hərəkatının nümayəndələri Birləşmiş Ştatların bütün dünyada gedən müharibələrdə iştirakı əleyhinə çıxaraq etiraz aksiyasının təşkilatçısı olublar. Aksiyada “CodePink” antihərb hərəkatının və «Müharibəni dayandırmaq və irqçiliyə son qoymaq üçün» indi hərəkət et” (ANSWER) qruplarının üzvləri iştirak ediblər.

Aralarında İranın ABŞ-dakı diasporunun nümayəndələrinin də olduğu nümayişçilər Birləşmiş Ştatlar hakimiyyətindən istənilən növ döyüş hərəkətindən, həmçinin İrana qarşı sanksiyalardan imtina etməyi tələb ediblər.

«ABŞ prezidenti Donald Tramp administrasiyası və Pentaqon İran generalı Qasım Süleymanini xaincəsinə qətlə yetirərək İranla müharibənin başlanması həddinə yaxınlaşıblar”, — deyə etirazın təşkilatçıları bildiriblər.

Mənbə report.az


Digər xəbərlər


Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gulustan.inf...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növünd...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə istinadən xəbərə veri...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mə...