28.01.2020

AZAL Çinə bilet alan sərnişinlərə müraciət etdi

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) martın 28-i tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

Bu barədə AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Bununla yanaşı, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Mənbə: Report


Digər xəbərlər


Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...

Bu ölkədə koronavirusa yoluxanlar hamısı sağalıb

Fransada koronavirusa yoluxanların hamısı sağalıb. Gülüstan.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib. Səhiyyə naziri...

MSK seçkiyə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Gülüstan.info xəbər verir ki, bununla əlaqədar məsəl...

Çempionlar Liqası və Avropa Liqasına ara verilə bilər - UEFA-dan rəsmi açıqlama

UEFA Çempionlar Liqasına və Avropa Liqasına ara verilə bilər. Gülüstan.info xəbər verir ki, bu barədə UEFA-nın ikinci başqanı Mixael Uva açıqlama ...