15.01.2020

Diqqət! Qanunsuz parklanmanı izləmək üçün xüsusi avtomobillər ayrıldı — Fotolar

Bakının küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bu çərçivədə, nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir.

Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.

«Bakı Nəqliyyat Agentliyinin başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyinin təmin etməkdir. Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də, avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək.

Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik», — qurum bəyan edib. 

Mənbə marja.az


Digər xəbərlər


Koronavirus yayılmaqda davam edir - 16 şəhər bağlı elan edilib

Koronavirusa yoluxanların sayı durmadan artır. Gülüstan.info xəbər verir ki, koronavirusa yoluxanların sayı 2.000-ə, ölənlərin sayı isə 56 nəfərə ...

Türkiyədə ölənlərin sayı artmaqda davam edir

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə, yaralıların sayı isə 1607-ə yüksəlib. Xilasedicilər dağıntılar altından 45 nəfəri xilas edibl...

Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb. Əvvəlki illərə təsadüf edən keçidlər hesablanarkən bu müddətdəki inflyasiya da nəzə...

Prezident məmurların fırıldaqlarından danışdı

«Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan deyərlər hər şey əladır, hər şey mükəmməldir, heç bir ...