14.01.2020

Diqqətli olun! Şəhərdə özlərini maşına çırpan şəxslər peyda olub — Video

Özlərini qəsdən maşına toxundurub, sürücüdən pul tələb edən adamların mövcudluğu barədə mediada, sosial şəbəkələrdə dəfələrlə yazılıb. Belə cinayət xarakterli əməllərlə məşğul olan iki şəxsi 14 yanvar 2020-ci il günorta saatlarında “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli ifşa edib.

Redaktor başına gələnləri belə nəql edib:

“Təxminən saat 13:20 radələrində Koroğlu Rəhimov küçəsində maşınımı ustadan götürüb, işə gəlirdim. Koroğlu Rəhimov küçəsindən “Elit” ticarət mərkəzinin qarşısından keçən yola çıxıb, yenicə hərəkətə başlamışdım. Avtomobillər üçün nəzərdə tutulan hərəkət zolağında iki nəfər addımlayırdı. Onlara çatanda həmin iki nəfər yolun ortasına doğru bir az da çıxdılar və maşın onların tam paralelində olanda biri yumruğu ilə avtomobilin sağ yan qapısı istiqamətində zərbə vurdu. Zərbə maşının yan sağ güzgüsünü tutdu və güzgü zədələndi. Əslində dərhal başa düşmüşdüm ki, bu adamlar özünü maşınlara çırpıb pul tələb edənlərdəndir. Maşında kamera var və bütün proses çəkilib. Avtomobili saxlayıb, elə mövqe seçdim ki, həmin adamlar kameranın qarşısına keçsinlər, üzləri də aydın düşsün, onları tam ifşa edə bilim. Mənə çatanda “sən neynirsən” deyəndə, “bütün proses kameraya düşüb, cinayət törətmisiniz və cəzalanacaqsınız” cavabını alanda, ikisi də dələduzlara xas jarqonlarla “məgər biz pul tələb elədik səndən?”, “mən əlimi sağa uzadırdım ki, telefonumu qulağıma aparım, maşına dəydi” kimi çaşdırıcı variantlara əl atdılar.

Maşına zərbə vuran adamın əlinə diqqət etdim, barmaqları maşınlara özünü qəsdən çırpması səbəbindən qaralmışdı, əlinin üstündə tamamilə qaysaq bağlamış, aylardan bəri qalan yaralar vardı. Özünə də bildirdim ki, əlindəki yaralar məhz belə axmaq işləri hər gün təkrarladığına görə bu gündədir və bütün bunlar onun dələduz olduğunu isbatlayır. Tam ifşa olunduğunu bildikləri üçün bu dəfə yalvarmağa başladı, dedi ki, guya “malyardır” və ona görə əlində köhnədən qalan yaralar var, şikayət etməyim. Onlara məhəl qoymayıb, sürüb gəldim. Həmin şəxslərin üzləri videoya düşüb, onları hüquq-mühafizə orqanlarının tapıb cəzalandırması çətin olmayacaq. Bu naqis adamlar bəlkə indiyədək neçə-neçə sürücünü şərləyib”. (musavat.com)

Mənbə axar.az


Digər xəbərlər


İri ticarət mərkəzləri və “Mall”ar açılır

İyunun 1-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunacaq. Bu barədə Nazirlər Kabineti yanında Operati...

Karantin rejimində tənəffüs yollarını qorumaq üçün bəzi tələblər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Gulustan.i...

Baş katib: "Dünya Turizm Təşkilatı Azərbaycana dəstək verməyə hazırdır"

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibət...

Azərbaycanda dövlət sərhədinin bağlanması 15 iyuna qədər uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb. Qərargahdan Gulustan.info-ya  verilən xəbərə görə, korona...