27.01.2020

“Exit poll” keçirəcək ilk təşkilatların adları açıqlandı — MSK-dan qərar

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub.

Gülüstan.info xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası “exit poll” keçirmək üçün MSK-ya müraciət edib: “ Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə keçirəcəyi “exit poll” Azərbaycanda 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək. Buraya 47 supervayzer cəlb edilməsi planlaşdırılır”.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb. Belə ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.


Digər xəbərlər


MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edi...

Suriya məsələsində Azərbaycandan Türkiyəyə tam dəstək

“Beynəlxalq arenada bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbayca...

Çin rəhbəri koronavirusla bağlı İlham Əliyevə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.Yeni tip koronavirusun səbəb olduğu epid...

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tay...