14.01.2020

Həkimlərdən növbəti biabirçılıq — Əməliyyat zamanı qayçını qadının bədənində unutdular

Gəncə şəhərində şok hadisə yaşanıb.

Həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.

Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.

Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar:

“Çox güman özəl xəstəxanadan məni əməliyyat edən Qafar həkim və onun köməkçisi Şəlalə xanıma deyiblər ki, bədənimdə qayçı qalıb.
 
Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən soruşduqda niyə anam əməliyyat edilib tamam başqa söz deyilib.

Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır».

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı məlumatı var: 

“Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir”.

Xatırladaq ki, analoji hadisə Gəncədə 2017-ci ildə də yaşanmışdı. 26 yaşlı Samir Məmmədov Gəncədəki 3 saylı xəstəxanada kor bağırsağından əməliyyat olunan zaman daxildə 10 ədəd tibbi əlcək qalmışdı. Bu, sonradan müayinə zamanı Bakıdakı Topçubaşov adına xəstəxanada üzə çıxmışdı. ( Baku.ws )

Mənbə qafqazinfo.az


Digər xəbərlər


İri ticarət mərkəzləri və “Mall”ar açılır

İyunun 1-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunacaq. Bu barədə Nazirlər Kabineti yanında Operati...

Karantin rejimində tənəffüs yollarını qorumaq üçün bəzi tələblər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Gulustan.i...

Baş katib: "Dünya Turizm Təşkilatı Azərbaycana dəstək verməyə hazırdır"

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibət...

Azərbaycanda dövlət sərhədinin bağlanması 15 iyuna qədər uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb. Qərargahdan Gulustan.info-ya  verilən xəbərə görə, korona...