18.01.2020

Huawei işlədənlər! Şirkət sizə «surpriz» hazırlayıb

Bildiyiniz kimi Huawei ilə Google şirkətinin arası açılmışdı. ABŞ qadağaları səbəbilə Huawei telefonlarında artıq Google servisləri olmayacağı üçün şirkət öz Huawei Mobile Services adını verdiyi alternativ servislərini hazırlayıb istifadəçilərə təqdim etdi. Bu gün açıqlanan məlumatlara görə isə şirkət Huawei Ads adını verdiyi yeni bir servis təqdim edəcək və servisin köməyi ilə telefonlarındakı EMUİinterfeysində istifadəçilərə reklam göstərəcək. Bu sizə bir yerdən tanış gəlir, elə deyilmi? 

Huawei, Xiaomi kimi telefonlarında reklam göstərməyə başlayacaq. Huawei Ads servisi istifadəyə veriləcək.

 HMS (Huawei Mobile Services) Google alternativi olaraq Huawei tərəfindən hazırlanan tətbiqlər paketidir. İçində Qaleriya, Play Store bənzər tətbiq marketi, Musiqi tətbiqi kimi bir çox tətbiqlər və bu tətbiqlərin sinxron işləməsi üçün lazım olan Google Play Services alternativi Huawei Mobile Services tətbiqi var. Bunlara bir yenisi olan Huawei Ads servisi də qatılır. Beləliklə, EMUİ istifadə edən Honor və Huawei markalı modellərin interfeysində Xiaomi və Realme telefonlarında olduğu kimi reklamlar göstəriləcək.

Xüsusiləşdirilmiş reklamlar üçün toplanan datalar Hong Kong və Sinqapurdakı data mərkəzlərində toplanacaq. Əslində qısaca deyə bilərik ki, Huawei istifadəçi dataları qanuni şəkildə toplamağın yolunu tapdı. Həmçinin Hindistan, Pakistan və Koreya kimi dövlətlərdə bu datalar digər yerli şirkətlər ilə də paylaşılacaq. Qeyd edilənə görə, Huawei Ads servisi istifadəçilərin lokasiya məlumatlarını da toplayaraq onlara olduqları bölgəyə uyğun reklamlar göstərəcək.HMS dəstəkli ilk telefon Mate 30 Pro olacaq.

Mənbə technote.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...