15.01.2020

İran təyyarənin vurulma anını çəkən şəxsi həbs edib

Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs həbs edilib.

Bakıpost.az-a istinadla xəbər verilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus “Boinq» sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi anın görüntüsü olduğu ehtimal edilən videonu çəkib yayan şəxsi saxlayıb.

“Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinə məxsus “Boinq-737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub.

Təyyarədəki 176 nəfərin hamısı ölüb.

Mənbə axar.az


Digər xəbərlər


Koronavirus yayılmaqda davam edir - 16 şəhər bağlı elan edilib

Koronavirusa yoluxanların sayı durmadan artır. Gülüstan.info xəbər verir ki, koronavirusa yoluxanların sayı 2.000-ə, ölənlərin sayı isə 56 nəfərə ...

Türkiyədə ölənlərin sayı artmaqda davam edir

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə, yaralıların sayı isə 1607-ə yüksəlib. Xilasedicilər dağıntılar altından 45 nəfəri xilas edibl...

Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb. Əvvəlki illərə təsadüf edən keçidlər hesablanarkən bu müddətdəki inflyasiya da nəzə...

Prezident məmurların fırıldaqlarından danışdı

«Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan deyərlər hər şey əladır, hər şey mükəmməldir, heç bir ...