15.01.2020

İstanbul metrosunda “Qanlı Yanvar”la bağlı fotosərgi təşkil edilib — Foto

Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi açılıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. 

Fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulub. Tədbirin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, diplomatik korpusun əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Eyni zamanda sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdirilib. 

Baş konsul Məsim Hacıyev «Report»un yerli bürosuna açıqlamasında bildirib ki, sərgidə 30 fotoşəkil nümayiş olunur: «Sərginin 20 milyon əhalisi olan İstanbulun ən hərəkətli metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır. Sərgi yanvarın 17-dək davam edəcək. Bundan başqa, İstanbul Yeniyüzyıl Universitetində də 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək».

Mənbə report.az


Digər xəbərlər


Koronavirus yayılmaqda davam edir - 16 şəhər bağlı elan edilib

Koronavirusa yoluxanların sayı durmadan artır. Gülüstan.info xəbər verir ki, koronavirusa yoluxanların sayı 2.000-ə, ölənlərin sayı isə 56 nəfərə ...

Türkiyədə ölənlərin sayı artmaqda davam edir

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə, yaralıların sayı isə 1607-ə yüksəlib. Xilasedicilər dağıntılar altından 45 nəfəri xilas edibl...

Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb. Əvvəlki illərə təsadüf edən keçidlər hesablanarkən bu müddətdəki inflyasiya da nəzə...

Prezident məmurların fırıldaqlarından danışdı

«Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan deyərlər hər şey əladır, hər şey mükəmməldir, heç bir ...