14.01.2020

Məşhur pianoçunun Bakıda konseri keçiriləcək

Martın 14-də Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.

Konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Baltikyanı ölkələrin gənc musiqiçilərindən ibarət kamera orkestrini 1997-ci ildə skripkaçı Gidon Kremer yaradıb. Qrup qısa vaxt ərzində dünya səviyyəsində peşəkar kollektivə çevrilib və beynəlxalq nüfuz qazanıb.
«Kremerata Baltika» 50-dən artıq ölkədə çıxış edib, 600 şəhərdə 1000-dən çox konsert verib. 2002-ci ildə «Qremmi» («Grammy») və «Exo» («ECHO») mükafatlarını qazanıb. Orkestr 20-dən çox kompakt disk (CD) yazdırıb.

«Kremerata Baltika» 2003-cü ildən Latviyada öz festivalını keçirir.

Fransız pianoçu Lyuka Debarq (Lukas Debargue) Gidon Kremer və «Kremerata Baltika» orkestri ilə 2017-ci ildən əməkdaşlıq edir. O, 2018-ci ildə kollektivin Çin və Yaponiyaya qastrollarında iştirak edib.

Lyuka Debarq dünyanın nüfuzlu konsert salonlarında aparıcı simfonik orkestrlərlə çıxış edib. O, akademik repertuarından əlavə caz da ifa edir, həmçinin musiqi bəstələyir.

Debarq 2014-cü ildə 9-cu Qayar Beynəlxalq Pianoçular Müsabiqəsində 1-ci yer qazanıb, 2015-ci ildə P.İ.Çaykovski adına 15-ci Beynəlxalq Müsabiqənin laureatlarından olub. 2017-ci ildə Almaniyanın nüfuzlu «Exo Klassik» («ECHO Klassik») mükafatı ilə təltif olunub.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Formula 1-də iki komandanı işdən azad etmək qərarı

Kovid -19, Formula 1-i get-gedə çətinləşdirir. Dünyanın ən bahalı idmanlarından olan mübarizədə Mercedes və Ferrari ilə müqayisədə  daha aşağı  büdcə...

Koronavirusla mübarizəyə 5 milyon ayıran müğənni pərəstişkarlarına da pul yollayır

Ulduz müğənni Taylor Svift koronavirusla mübarizə üçün 5 milyon dollar pul ayırmaqdan əlavə pərəstişkarlarına da yardım edir. Gülüstan.info xəbər ...

Rauf Babayev vəfat edib

Bu gün Azərbaycanın Xalq artisti, müğənni Rauf Babayev 83 yaşında dünyasını dəyişib. Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-da Təzə P...

Prezident Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin uc...