27.01.2020

Merkelin arzuladığı dövlətlər — Avropa Birliyinə daha iki üzv

Angela Merkel iki ölkənin Avropa Birliyinə girə biləcəyinin siqnalını verib.

Gülüstan.info xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel Albaniya və Şimali Makedonyanın Avropa Birliyinə üzv olmaları üçün müzakirələrin başlanılmasını istədiyini açıqlayıb.

Onun sözlərinə görə, hər iki dövlət müraciət etdikləri dövrdən çox inkişaf ediblər:

«Mart ayında Avropa Konseyində Albaniya və Şimali Makedonyanın Avropa Birliyinə girməsi üçün müzakirələri başlamaq üçün qərar almasını istəyirəm. Bu iki ölkə çox şey əldə edib. Mart ayında da çox çalışıb istədiyimiz və arzuladığımız nəticəni əldə edəcəyik».

Maraqlıdır ki, 1987-ci ildən Avropa Birliyinə üzv olmaq üçün müraciət edən Türkiyə hələ də quruma qəbul edilməyib.


Digər xəbərlər


MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edi...

Suriya məsələsində Azərbaycandan Türkiyəyə tam dəstək

“Beynəlxalq arenada bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbayca...

Çin rəhbəri koronavirusla bağlı İlham Əliyevə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.Yeni tip koronavirusun səbəb olduğu epid...

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tay...