16.01.2020

Mişustin Baş Nazir, Medvedev Təhlükəsizlik Şurasının sədr müavini oldu

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir təyin olunması, həmçinin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsinin təsis edilməsi və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncamlar imzalayıb.

Gülüstan.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, dünən prezident V.Putinin Federal Məclisə illik müraciətində ölkə konstitusiyasına dəyişikliklər edilməsi barədə təkliflərindən sonra D.Medvedevin başçılıq etdiyi hökumət istefa verib. Prezident onun yerinə Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb. Bugün isə Mişutsinin baş nazir vəzifəsinə namizədliyi Dövlət Duması tərəfindən təsdiqlənib.


Digər xəbərlər


Məşhur “Procter and Gamble” şirkətinin regional mərkəzi məhz Bakıda olacaq

Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri davam edir. Gülüstan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Davosda təşkil olunan...

Britaniya Parlamentinin Lordlar Palatası “Brexit" sazişini təsdiqlədi

Britaniya Parlamentinin Lordlar Palatası Boris Consonun “Brexit» sazişini təsdiqləyib.  Gülüstan.info-nun APA-ya istinadən verdiyi xəbər...

Prezident İlham Əliyev Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb. Bu barədə TASS inform...

İlham Əliyev isveçrəli həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşü olub. Gülüstan.info xəbər verir ki, Azərbaycan Resp...