14.01.2020

Molla rejimi bir neçə güney azərbaycanlı millət vəkilinin növbəti seçkilərə namizədliyini rədd edib

İranda fevralın 21-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürmüş hazırkı millət vəkillərinin bir çoxu seçki komissiyası tərəfindən diskvalifikasiya edilib.


Namizədliyi rədd edilən hazırkı millət vəkilləri arasında Qərbi Azərbaycan Əyalətindən Urmiyanın millət vəkili Nadir Qazipur və Hadi Bahaduri, həmçinin Makının millət vəkili Eynulla Şərifpurun adı var. Şərqi Azərbaycandan isə Zəhra Sai (Təbriz), Məsumə Ağapur (Şəbistər) və Quli-üllah Quluzadənin (Kəleybər, Xudafərin və Hurand) namizədliyi rədd edilib.


Millət vəkilləri, xüsusi ilə də Nadir Qazipurun namizədliyinin rədd edilməsi sosial mediada geniş müzakirə mövzusuna çevrilib.


Qərbi Azərbaycan Əyalətində hazırkı deputatlardan sadəcə Urmiyanın vəkili Ruhullah Həzrətpur və Xoyun millət vəkili Tağı Kəbirinin namizədliyinin qeydiyyata alındığı bildirilir.


Mediada yayılan məlumata görə, Tehran şəhərinin türk millət vəkillərindən Məhəmməd Rza Badamçının da növbəti seçkilərə namizədliyi rədd olunub.


Təbrizdə fəaliyyət göstərən “Nasr News” saytı Şərqi Azərbaycan Əyalətində parlament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürənlərin sadəcə 40 faizinin qeydiyyata alındığını bildirib.

Mənbə gunaz.tv


Digər xəbərlər


Deputatlığa namizəd icra hakimiyyətinin özbaşınalığından Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

Qarabağ qazisi, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi Ali Baş Komandan Prezident İlham Əliyevə videomüraciət ün...

Ərdoğan: - "Dövlət olaraq heç nəyə ehtiyacımız yoxdur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi Elazığ şəhərinə gedib. Gülüstan.info xəbər verir ki, Türkiyə prezidenti zəlzələdə h...

YAP-çı deputatlığa namizədlərin bir qrupu partiyadan çıxarılıb

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlı...

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Gülüstan.info xəbər verir ki, dövlətimizi...