15.01.2020

Nazirlik bir neçə VAKANSİYA elan etdi

Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər. 

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

O deyib ki, namizədlərin seçimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək:

“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur. Seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) 30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”.

Mənbə modern.az


Digər xəbərlər


Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

BŞİH ilə BŞBPİ avtoyuyucu məntəqələrini bağlayır - Ciddi narazılıq var

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...

Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

Yanvarın 25-dən etibarən 117, 185 və 206 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Gülüstan.info x...

Sabah Bakıda qar yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlandı. Gülüstan.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departa...