07.01.2020

Ölkədə kütləvi cərimələrə start verilir

Paytaxt Bakıda və digər yaşayış məntəqələrində daşınmaz əmlaka sahib olanlar bir neçə gün sonra kütləvi şəkildə cərimələnə bilər. 

Virtualaz.org-a istinadən xəbər verilir ki, buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir.

Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minib. Lakin bu qanun demək olar ki, işləməyib. Nəticədə daşınmaz əmlakın icbari sığortasından yayınmaya görə cərimə cəzalarının tətbiqi haqda düzəliş qəbul edilib. Beləliklə, qanuna görə 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə «İnzibati Xətalar Məcəlləsi»nin 569-cu maddəsi ilə tənzimlənir.

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi ilin əvvəlindən işə düşməliydi. Belə ki, İcbari Sığorta Bürosunun sistemində «kupça»sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək.
Lakin fiziki olaraq yanvarın 20-nə qədər bütün daşınmaz əmlak sahiblərinin öz əmlaklarını sığorta etdirməsi mümkün görünmür. Bunun üçün təxminən iki həftə ərzində bütün ölkə boyu əmlak sahibləri sığorta şirkətləri ilə kütləvi şəkildə müqavilələr bağlamalıdır. Əgər bu baş verməsə cərimə mexanizmi işə düşməlidir.

Mənbə ekonews.az


Digər xəbərlər


Elektron qaydada pensiya təyin edilən şəxslərin sayı bəlli olub

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya ...

Yanvarın 27-nə manatın məzənnəsi

Yanvarın 27-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 27.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

McDonalds Çində filiallarını bağlayır

Çinin Uxan şəhərində yaranan və 30-a yaxın insanın ölümünə səbəb olan virus üzündən dünyanın ən böyük fəst-fud şəbəkələrindən biri olan McDonaldsı da...

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi

Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyy...