16.01.2020

Rusiyada dövlət idarəetmə sistemi dəyişir: Hökumət istefa verdi

Rusiya Prezidenti Vladimir Putin dünən 16-cı dəfə Federal Məclisə illik müraciətini edib. Müraciətdə ən maraqlı məqam ölkə Konstitusiyasına dəyişikliklər təklifi olub.

Gülüstan.info xəbər verir ki, prezidentin təklif etdiyi dəyişikliklərə əsasən, Dövlət Şurasının status və rolu artırılmalı, bir şəxsin iki müddətdən artıq prezident olması imkanı məhdudlaşdırılmalıdır. Rusiya prezidentliyinə namizəd olan şəxs Rusiya ərazisində azı 25 il yaşamalı və heç vaxt xarici vətəndaşlığı, yaxud da xarici ölkədə yaşayış üçün icazəsi olmamalıdır. Hökumət başçısı, onun müavinləri və nazirlərin təsdiqi Dövlət Dumasına həvalə edilməlidir. Prezidentin onların namizədliyini geri qaytarmaq hüququ olmamalıdır. Güc strukturları rəhbərlərinin və regional prokurorların təyinatı zamanı isə prezident Federasiya Şurası ilə məsləhətləşməlidir. Konstitusiya Məhkəməsinin imkanları artırılmalı, prezident qanun layihələrini imzalayana qədər Konstitusiya məhkəməsinə onların Konstitusiyaya müvafiq olub-olmadığını yoxlamaq imkanı verilməlidir. Prezident yalnız Federasiya Şurasının razılığı ilə Ali və Konstitusiya Məhkəmələrinin hakimlərini vəzifədən azad etmək hüququna malik olmalıdır.

V. Putin təklif etdiyi Konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsinin keçirilməsini təklif edib.

Prezidentin çıxışından sonra Rusiya hökuməti istefa verib. V.Putinin fərmanına əsasən, Baş Nazir səlahiyyətlərinin müvəqqəti icrası Dmitri Medvedevə tapşırılıb. Prezident həmçinin, Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.


Digər xəbərlər


Məşhur “Procter and Gamble” şirkətinin regional mərkəzi məhz Bakıda olacaq

Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri davam edir. Gülüstan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Davosda təşkil olunan...

Britaniya Parlamentinin Lordlar Palatası “Brexit" sazişini təsdiqlədi

Britaniya Parlamentinin Lordlar Palatası Boris Consonun “Brexit» sazişini təsdiqləyib.  Gülüstan.info-nun APA-ya istinadən verdiyi xəbər...

Prezident İlham Əliyev Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb. Bu barədə TASS inform...

İlham Əliyev isveçrəli həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşü olub. Gülüstan.info xəbər verir ki, Azərbaycan Resp...