16.01.2020

Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib

Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin geniş yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb.

Gülüstan.info «Report»a istinadən xəbər verir ki, yayılan tövsiyədə deyilir:

«31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib».

Açıqlamada bildirilib ki, sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək.

Həmçinin, ÜST tövsiyə edir ki, kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.


Digər xəbərlər


Qarabağ" La Liqa-dan hücumçu aldı - RƏSMİ

«Qarabağ» La Liqa təmsilçisi «Leqanes»in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

BŞİH ilə BŞBPİ avtoyuyucu məntəqələrini bağlayır - Ciddi narazılıq var

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...

Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

Yanvarın 25-dən etibarən 117, 185 və 206 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Gülüstan.info x...