14.01.2020

Şəkinin kəndlərində 3 yeni məktəbin tikintisinə başlanıb — Foto

Şəki rayonunun Cumakənd, Baltalı və Qumux kəndlərində tam orta məktəblər üçün dövlət vəsaiti hesabına 432, 360 və 132 şagird yerlik yeni binaların tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən hər üç məktəb binasının növbəti dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış, uzun illər istifadə edildiyindən son vaxtlar yararsız vəziyyətə düşmüş binalarda fəaliyyət göstərib. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binalarının hər üçü ikimərtəbəlidir. Hazırda məktəb binalarının tikintisində bünövrənin qazılması və betonlanması işləri görülür.

Ümumiyyətlə, son illər rayonda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.

Mənbə azertag.az


Digər xəbərlər


Rusiya yalan olduğunu dedi - Türkiyə sübut etdi - VİDEO

Türkiyənin Müdafiə nazirliyi İdlibdən qaçan köçkünlərin çadır şəhərciyinin videosunu yayımlayıb. Gülüstan.info xəbər verir ki, video Türkiyə Müdaf...

Bunları yemək qadağan edildi - Çində

Çin vəhşi heyvanların yeyilməsini və qeyri-qanuni ticarətini qadağan etdi. Gülüstan.info xəbər verir ki, bu barədə Çin höküməti məlumat yayıb. ...

Prezidentdən Artur Rasizadəyə dair sərəncam

Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bu...

Nazirlik maskaların bahalaşmasına münasibət bildirdi

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.  İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, son zama...