16.01.2020

Sabah məktəblərdə 20 Yanvara həsr olunan xüsusi dərslər keçiriləcək

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar — Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçiriləcək.

Gülüstan.info xəbər verir ki, “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsinə, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Tədbirlər planı çərçivəsində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr ənənəvi olaraq şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət edirlər.


Digər xəbərlər


Qarabağ" La Liqa-dan hücumçu aldı - RƏSMİ

«Qarabağ» La Liqa təmsilçisi «Leqanes»in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

BŞİH ilə BŞBPİ avtoyuyucu məntəqələrini bağlayır - Ciddi narazılıq var

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...

Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

Yanvarın 25-dən etibarən 117, 185 və 206 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Gülüstan.info x...