14.01.2020

Sabah Trampın impiçment işi Senata göndəriləcək

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti ilə bağlı işi Senata çərşənbə günü göndərəcək.

Bu barədə “Politico” qəzeti demokratların palatadakı fraksiyasının rəhbərlərindən biri Hakim Jeffrisə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Polesi qapalı görüşdə, palatada Trampın impiçmenti maddələrinin Senata ötürülməsi ilə bağlı səsvermənin çərşənbə günü keçirilə biləcəyini bildirib. O, Nümayəndələr Palatasının deputatları arasında ittihamçıların adlarını açıqlamayıb. Nensi Polesi bildirib, «onu bu gün etməyə hazır deyil».

«Spiker (Nensi Pelosi) bütün fraksiyanın razılığı ilə aydınlaşdırdı ki, impiçment maddələri sabah hansısa bir anda Senata veriləcək”, — Jeffris deyib.

Ötən ilin dekabrında Nümayəndələr Palatası Trampa qarşı iki maddə üzrə impiçment tələbi irəli sürüb. Bunlar prezidentin səlahiyyətlərin aşması və Konqresin işinə mane olması ittihamlarıdır.

Mənbə report.az


Digər xəbərlər


Deputatlığa namizəd icra hakimiyyətinin özbaşınalığından Prezidentə şikayət etdi - VİDEOMÜRACİƏT

Qarabağ qazisi, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi Ali Baş Komandan Prezident İlham Əliyevə videomüraciət ün...

Ərdoğan: - "Dövlət olaraq heç nəyə ehtiyacımız yoxdur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi Elazığ şəhərinə gedib. Gülüstan.info xəbər verir ki, Türkiyə prezidenti zəlzələdə h...

YAP-çı deputatlığa namizədlərin bir qrupu partiyadan çıxarılıb

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlı...

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Gülüstan.info xəbər verir ki, dövlətimizi...