15.01.2020

Trampdan Apple ilə bağlı tənqidi paylaşım

ABŞ prezidenti Donald Tramp “Apple”şirkətini cinayətkarların telefonlarını istintaqa kömək üçün blokdan çıxarmamasına görə tənqid edib.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

«Biz hamımız zamanla ticarətdə və çox başqa məsələlərdə “Apple”ə kömək edirik və bununla belə, onlar qatillərin, narkodilerlərin və digər təhlükəli kriminal elementlərin telefonlarını blokdan çıxarmaqdan imtina edirlər», — deyə Tramp “Twitter”də yazıb.

O şirkəti bu təcrübəni dəyişdirməyə çağırıb.

Daha əvvəl Ədliyyə Nаzirliyinin rəhbəri Uilyam Barr bildirib ki, “Apple” Floridada ABŞ-ın hərbi bazasında atəş açmış səudiyyəlinin telefonunu blokdan çıxarmağa kömək etməkdən imtina edib.

Mənbə report.az


Digər xəbərlər


Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışa...

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin di...

Azərbaycanda korrupsiya azalıb - HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdi...

Sabahdan qatarlara biletlər yeni qayda ilə satılacaq

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışıqaydalarına dəyişiklik edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Gülüstan.info-ya verilən məlum...